Bizim futbol

“Sumqayıt” ilk darmadağın etdiyi komandaya qarşı

Topaz Premyer Liqasının 20-ci turunda “Sumqayıt” doğma meydanda “Kəpəz”lə qarşılaşacaq.

Dsport.az sizi bu komandaların indiyə qədərki qarşılaşmalarındakı statistikalarını təqdim edir:

1. Komandalar Azərbaycan çempionatlarında 18 dəfə qarşılaşıblar.

2. "Sumqayıt" "Kəpəz"lə qarşılaşmalardan 7 qələbə, 6 heç-heçə, 5 məğlubiyyətlə ayrılıb.

3. Komandalar arasındakı top fərqi 25-20 “Sumqayıt”ın xeyrinədi.

4. Amil Yunanov və Cavid İmamverdiyev "Kəpəz"lə qarşılaşmalarda ən çox fərqlənən “Sumqayıt”lı futbolçudu (3 qol).

5. "Sumqayıt" Premyer Liqada ilk böyükhesablı qələbəsini "Kəpəz" üzərində əldə edib ("Sumqayıt" - "Kəpəz" 4:1, 11.12.2011)

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" qarşılaşması martın 14-də “Sumqayıt Arena”da keçiriləcək. Saat 20:00-da start götürəcək oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.