Bizim futbol

“Neftçi” - “Qarabağ” matçının biletləri satışda

Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb. 

Dsport.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri 8-ci km stadionunun kassalarından və arenanın ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündü.

Qeyd edək ki, martın 14-də 8-ci km stadionunda keçiriləcək oyun saat 18:00-da başlanacaq.