Bizim futbol

Maksimovla Qriqorçukun ilk duelində bərabərlik

Bu gün Topaz Premyer Liqasında 20-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Qəbələ” səfərdə “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyun həm də ölkəmizdə çalışan iki ukraynalı mütəxəssisin - Roman Qriqorçukla Yuri Maksimovun ilk dueli idi. Onların duelində ilk olaraq qonaqlar hesabı açıblar. Amma fasilədən sonra meydan sahibləri rəqib futbolçunun avtoqolu sayəsində hesaba tarazlıq gətirə biliblər. Oyun isə heç-heçə ilə yekunlaşıb.

Topaz Premyer Liqası
20-ci tur

13 mart

“Keşlə” - “Qəbələ” 1:1
Qol: V.Stankoviç, 59-avtoqol - B.Dabo, 32.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov
Bakı. “İnter Arena”, 15:30.

“Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 2. Sertan Taşkın, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 21. Herve Tçami, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 19. Pablo Podio, 22. Məqsəd İsayev, 40. Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna, 39. Əlibəy Məmmədli.
Baş məşqçi: Yuri Maksimov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov (k), 15. Vitali Vernidub, 16. Omar Malone, 19. Filip Ozobiç, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone, 74. Yusif Nəbiyev, 89. Abbas Ağazadə.
Baş məşqçi: Roman Qriqorçuk.

Turun qalan görüşləri sabah keçiriləcək: 14 mart (“Sumqayıt” – “Kəpəz”, “Neftçi” – “Qarabağ”, “Zirə” – “Səbail”).