Bizim futbol

“Qəbələ” “Keşlə” üzərində qələbəni əldən verdi

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 20-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib. 

Bakıda “Keşlə”nin qonağı olan “Qəbələ” ilk hissəni öndə tamamlasa da, ikinci yarıda buraxdığı qolla heç-heçəyə razılaşıb.

Əvəzedicilərin çempionatı
20-ci tur
12 mart

“Keşlə” – “Qəbələ” 1:1
Qol: Bilal Qənbərov, 75 - Abbas Ağazadə, 39.

Turun qalan oyunları sabah keçiriləcək: “Sumqayıt” – “Kəpəz”, “Neftçi” – “Qarabağ”, “Zirə” – “Səbail”.