Bizim futbol

Suraxanıda qan töküldü: azarkeşi vəhşicəsinə döydülər

Topaz Premyer Liqasının 19-cu turunun bağlanış matç olan “Qarabağ” - “Zirə” qarşılaşmasından öncə xoşagəlməz olay yaşanıb. 

Dsport.az xəbər verir ki, Ağdam klubunun azarkeşləri bir-birinin qanını töküb. 2 azarkeş qrupunun (onlardan biri “İmarət”di) üzvləri arasında söz atışması davaya çevrilib. Belədə azarkeşlərdən biri digər qrupun bir dəstə fanatı tərəfindən vəhşicəsinə döyülüb.
 
Əməkdaşımızın şahid olduğu hadisəyə polis müdaxilə edib. Amma onlar döyənləri yox, qaşı partlayan, al qan içində olan azarkeşi maşına oturdaraq arenadan uzaqlaşdırıb. (Futbolinfo.az)