Bizim futbol

“Kəpəz” qəzaya düşdü

Sabah Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşacaq “Kəpəz”lə “Qəbələ” bu gün Gəncəyə yola düşüb. Bakıda məskunlaşan klublar bu gün Gəncə şəhər stadionunda son məşqinə çıxacaq.

Dsport.az xəbər verir ki, “Kəpəz” səfərə gedərkən yolda kiçik qəzaya düşüb. Belə ki, Gəncə klubunu aparan avtobusun təkəri sıradan çıxıb. Problemi tez bir zamanda aradan qaldırmaq mümkün olmadığından komanda üzvləri başqa nəqliyyat vasitələri ilə Gəncəyə çatdırılıb və otelə yerləşdirilib. 

Yevlax yaxınlığında baş verən hadisədə hər hansı xəsarət alan olmayıb. Klubdan aldığımız məlumata görə, təkərdəki nasazlığı operativ həll etmək mümkün olmadığından, avtobus hələ də Yevlax yaxınlığında yolun kənarında dayanıb. (Futbolinfo.az)