Bizim futbol

Yuri Maksimov: “Reallıq budu ki, “Sumqayıt” bizdən güclüdü”

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Dsport.az xəbər verir ki, paytaxt klubunun ukraynalı çalışdırıcısı 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:

“Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Əvəzetmələr zamanı gənc futbolçuları meydana buraxdıq. Amma onlar buna hazır deyildilər. Onların ustalıq səviyyəsinin aşağı olması sözünü dedi. “Sumqayıt” bu gün güclü idi. Bəzi başqa futbolçularımız da 90 dəqiqə oynamağa hazır deyildilər. Bir neçə oyunçumuz meydana hərarəti ola-ola çıxmışdı. Buna görə çətin oldu. Slavik, Məqsəd və Pərdisdə belə problem var idi. Onlar komandaya kömək etmək istəyirdilər. Səhvlərimiz oldu. Amma komanda mübarizə apardı. Çalışırdıq, səhv etməyək. Reallıq bundan ibarətdi ki, “Sumqayıt” bizdən güclüdü”.