Bizim futbol

Seymur Rəhimov: “Həm nəticədən razıyıq, həm də oyundan”

“Sumqayıt”ın məşqçisi Seymur Rəhimov Topaz Premyer Liqasının 17-ci turunun “Keşlə” ilə səfər oyununu şərh edib.

Dsport.az xəbər verir ki, qonaq komandanın çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Nəticə bizi qane etdi. Uşaqlar dediklərimizi yerinə yetirdilər. İlk hissədə özünəinam itmişdi. Amma soyunub-geyinmə otağındakı söhbətimizdən sonra onlar dediklərimizi tam yerinə yetirdilər. Əvəzetmələr də nəticəyə müsbət təsir etdi. Həm nəticədən, həm də oyundan razıyıq”.