Bizim futbol

Bombardirlərin yarışında fərq azaldı

Bu gün futzal üzrə Yüksək Liqada keçirilən oyunlar bombardirlərin yarışına da təsir edib. 

Dsport.az xəbər verir ki, “Xəmsə” ilə matçda 7 qol vuran “Yasamal”ın hücumçusu Mortoza Cahandost göstəricisini yaxşılaşdırıb. İranlı legioner hazırda 18 qolla Sultanovu izləyir. Het-trik edən Samir Əmirov isə üçüncü pilləyə yüksəlib.

Renat Sultanov (“Marafon Futsal”) – 20

Mortoza Cahandost (“Yasamal”) – 18

Samir Əmirov (“Xəmsə”) – 16

Telez Thiaqo (“Araz”) – 15

Eduardo Borges (“Araz”) – 12