Bizim futbol

Voyislav Stankoviç: “Çempionluq şansımız çox azdı”

"Səbail"ə 1:2 hesabı ilə məğlub olan "Qəbələ"nin müdafiəçisi Vojislav Stankoviç oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Dsport.az xəbər verir ki, serbiyalı müdafiəçi əvvəlcə matçı dəyərləndirib:

- "Səbail” öz oyununu inkişaf etdirib. Düşünürəm ki, bu gün öz səviyyəmizdə çıxış etmədik. Məğlubiyyəti analiz etməliyik və səhvlərimiz üzərində işləməliyik

- Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?
- Əlbəttə, şansımız çox azdı. Bu barədə çox danışa bilməyəcəyəm.

- "Qarabağ"ın xal itirəcəyinə ümid edirsiz?
- Çalışacağıq ki, sona qədər mübarizə aparaq. Hər şey ola bilər.

- "Qarabağ”la matçdan sonra Cavid Hüseynov istəksiz olduğunuzu dedi. Bu barədə nə deyə bilərsiz?
- Futbolçularda istək yoxdu. Sadəcə, istədiyimizi reallaşdıra bilmədik. Rəqib yaxşı komanda idi.

- Komandanız mövsümü titulla başa vurmaq üçün ölkə kubokunu qazanmalıdı. Bunu bacara biləcəksiz?
- Yarımfinalda "Neftçi” ilə iki çətin oyunumuz var. Kubokun finalına yüksəlsək, çalışacağıq ki, qalib gələk.