Bizim futbol

Fariz Nəcəfov: “Bu nəticəni, məğlubiyyəti gözləmirdik”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Səbail"ə 1:2 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərə açıqlama verib.

Dsport.az xəbər verir ki, o, matçla bağlı bunları söyləyib: “Əlbəttə, belə nəticəni, məğlubiyyəti gözləmirdik. Gərgin olacağını gözləyirdik. Demək olmaz ki, istəkli deyildik. Matçın əvvəlində ola bilər ki, arxayınlıq var idi". 

"Səbail"in "Qarabağ"la oyunlarına baxmışdıq. Həmin oyunda çox yaxşı mübarizə aparmışdılar. Rəqibi təbrik edirəm. Yaxşı oynadılar".

Nəcəfov "Bu məğlubiyyətlə "Qarabağ" çempionluq taleyini həll etdimi?" sualını belə cavablandırıb: "Həmişə demişəm ki, sona qədər mübarizə aparacağıq. Yarışdan qopmayacağıq. Qarşıda çox oyunlar var. Hər iki cəbhədə mübarizə aparacağıq. İndidən çempionluq taleyinin həll olduğunu demək olmaz".