Bizim futbol

“Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 17-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Keşlə” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin çətin qələbəsi ilə başa çatıb.

“Qarabağ” isə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəldiyi “Kəpəz”lə görüşdə heç-heçəyə razılaşıb.

Əvəzedicilərin çempionatı
17-ci tur
24 fevral

“Keşlə” - “Sumqayıt” 3:2
Qol: Elvin Dəmirov, 17-öz qapısına. Sertan Taşqın, 37. Aqşin Quluzadə, 88 - Fərid Kərimzadə, 26; 42.

“Qarabağ” - “Kəpəz” 1:1
Qol: Əli Səmədov, 45 - Ruslan Hacıyev, 78.

Turun digər oyunları sabah keçiriləcək: “Neftçi” - “Zirə”, “Səbail” - “Qəbələ”.