Bizim futbol

“Qarabağ”ın zədəli futbolçusu sıraya döndü

“Qarabağ”ın zədəli futbolçularından biri sıraya dönüb. 

Dsport.az xəbər verir ki, söhbət komandanın yarımmüdafiəçisi Əfran İsmayılovdan gedir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, zədəsini sağaldan Əfran, məşqçilər heyətinin şans verəcəyi təqdirdə sabah meydanda ola bilər.

Qeyd edək ki, “Qarabağ” sabah Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Kəpəz”lə qarşılaşacaq.