Bizim futbol

Lider uduzdu, çempion xal itirdi

Futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda 15-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.

Lider “Qaradağ Lökbatan” bu tur “Şüvəlan”ı qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların əzmkar qələbəsi ilə başa çatıb.

“Sabah” son çempion “Turan Tovuz”la qarşılaşıb. Dörd qolun vurulduğu bu görüşdə qalib müəyyənləşməyib.

MOİK isə “Ağsu” ilə ev oyununda inamlı qələbəyə sevinib.

Birinci Divizion
15-ci tur
23 fevral (cümə) 

“Qaradağ Lökbatan” – “Şüvəlan” 1:2
Qol: Elvin Adışirinli, 7 – Orxan Səfiyaroğlu, 61. Natiq Kərimi, 70-öz qapısına.
Qırmızı vərəqə: Mirkamil Həşimi, 90+4 (“Şüvəlan”).
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Nahid Xasıyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

“Sabah” – “Turan Tovuz” 2:2
Qol: Məhəmməd Qurbanov, 25. Raul Yaqubzadə, 68 – İlqar Hüseynov, 62. Seymur Tağıyev, 86.
Hakimlər: Nail Nağıyev, Elman Kərimov, Vüsal Qənbərov, Xəlil Xəlilov.
Binə qəsəbə stadionu.

MOİK – “Ağsu” 2:0
Qol: Kamil Nurəhmədov, 20. Bəhruz Teymurov, 23.
Hakimlər: Vüqar Həsənli, Elman Musayev, Vaqif Musayev, Alik Yunusov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

Turun digər oyunları: “Zaqatala” – “Mil-Muğan” 2:0, “Binə” – “Xəzər” 1:0.


1 Qaradağ Lökbatan 15 12 2 1 32-12 38
2 MOİK 15 8 2 5 23-16 26
3 Şüvəlan 15 8 1 6 17-13 25
4 Binə 15 7 3 5 22-13 24
5 Mil-Muğan 15 6 2 7 24-29 20
6 Turan Tovuz 15 5 4 6 20-22 19
7 Xəzər 15 5 4 6 14-10 19
8 Ağsu 15 5 3 7 17-28 18
9 Sabah 15 4 4 7 17-26 16
10 Zaqatala 15 2 1 12 11-28 7

Elnur Səmədov ("Turan Tovuz") - 8 qol
Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 7 qol
Bəhruz Teymurov (MOİK) - 6 qol
Samir Babayev (Mil-Muğan) - 6 qol