Bizim futbol

Bombardir fərqi 5-ə yüksəltdi

Futzal üzrə Yüksək Liqada bu gün keçirilən 16-cı tur bombardir üçün əlamətdar olub. 

Dsport.az xəbər verir ki, “Xəmsə” ilə oyunda poker edən Renat Sultanov aktivindəki qolların sayını 20-yə çatdırıb. Ən yaxın izləyicisi olan Thaqo Bolinya isə “Yasamal”la dueldə het-trik edib. Hazırda aktivində 15 qol olan millinin üzvü liderdən 5 top geri qalır.

Renat Sultanov (“Marafon Futsal”) – 20

Telez Thiaqo (“Araz”) – 15

Samir Əmirov (“Xəmsə”) – 13

Eduardo Borges (“Araz”) – 12

Mortoza Cahandost (“Yasamal”) – 11

Namiq Məmmədkərimov (EKOL) – 10