Bizim futbol

EKOL büdrədi, “Araz” yenə qalib gəldi

Bu gün futzal üzrə Yüksək Liqada 16-cı turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, ilk oyunda liderlər qrupunda yer alan “Marafon Futsal” və autsayder “Xəmsə” qarşılaşıb. Böyükhesablı qələbə qazanan “Marafon Futsal”ın heyətində kapitan Renat Sultanov poker edib. Bununla da o, vurduğu qolların sayını 20-yə çatdırıb. 

“Araz”la “Yasamal”ın qarşılaşmasında da favorit qələbə qazanıb.

Turun son və mərkəzi oyunu isə gərgin və maraqlı mübarizə şəraitində keçib. “FK. İD. Futsal” ilə oyunun əksər hissəsində hesabda üstün olan EKOL yekunda 1 xalla kifayətlənib. Bu heç-heçə EKOL-lun ikinci pillədəki rəqibi ilə xal fərqinin artmasına şərait yaradıb. 

Nəticələri və turnir cədvəlini diqqətinizə çatdırırıq:

Futzal, Yüksək Liqa
16-cı tur
20 fevral

“Marafon Futsal” – “Xəmsə” 13:1
Qollar: R.Sultanov, 3, 10, 20, 29, S.Çumakov, 7, 14, 39, V.Jarikov, 9, 31, 40, V.Tservo, 23, E.Barati, 24, 33 - R.Cəlilov, 40.
Hakimlər: Elçin Məmmədov. Əli Cəbrayılov, Kənan Məlikov
Olimpik Star. Saat 12:00

“Marafon Futsal”: 2. Kamran Hacıyev (q), 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 11. Vasili Jarikov, 20. Sergey Çumakov, 12. Kəsra Mehdipour (q), 7. İlkin Hacıyev, 9. Elyas Barati, 4. İbrahim Zeynalov, 22. Tofik Əliyev, 77. Vyaçeslov Tservo, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
“Xəmsə”: 1. İbrahim İbrahimov (q), 9. Samir Əmirov, 10. Əli Həsənov (k), 11. Rüfət Cəlilov, 12. Ceyhun Yusifov, 6. Şamo Talıbov, 7. Elçin Zeynalov, 13. Novruz İbrahimov(k), 14. Yamin Ağakərimov.
Baş məşqçi: Arif Vəliyev.

“Yasamal” FK – “Araz” 2:5
Qol: M.Hayatbini, 25, M.Cahandost, 40 - Bolinya, 5, 14, 30, R.Çovdarov, 17, E.Kardoso, 36.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.
Olimpik Star. Saat 13:30.

“Yasamal”: 1. Mohammed Roştani, 18. Mohsin Hayatbini, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 8. Məhəmməd Şahsuvari, 14. Cavid Taleb, 6. Xəyal Quliyev, 2. Reza Mahdouri.
Rəhbər: Orxan Allahverdiyev.
“Araz”: 1. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 10. Teles Thaqo Bolinya, 8. Rizvan Fərzəliyev (k), 3. Kardosa Everton Qalo, 19. Anar Məmmədov (q), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 14. Oktay Rüstəmli, 15. Reza Tolouei, 2. Adil İsmayılov.
Baş məşqçi: Joze Alesio da Silva.

“FK.İD.Futsal” – EKOL 5:5
Qollar: R.Fərəczadə, 10, 38, E.Quliyev, 32, N.İsmayılov, 36; 40 - S.Həmzəyev, 5:17, N.Məmmədkərimov, 8; 30, R.Əhmədov, 18-pen, F.Ələkbərov, 32.
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Anar Fərəcov.
Olimpik Star. Saat 15:00.

“FK. İD. Futsal”: 12. Ramil Həsənzadə (q, k), 7. Rəcəb Fərəczadə, 6. Anar Ağayev, 9. Elşən İbrahimxəlilov, 4. Elvin Quliyev, 1. Sadiq Ramazanov (q), 5. Asif Zeynalov, 8. Nihad İsmayılov, 13. Ağatahir Əzimov, 10. Eşqin Tağıyev.
Baş məşqçi: Rəfael Adbulov.
EKOL: 99. Emin Kürdov (q), 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 14. Zaur Fərziyev, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov,17. Fərid Ələkbərov, 10. Samir Həmzəyev, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.

Turnir cədvəli: Araz – 40, Marafon Futsal – 33, EKOL – 23, FK.İD.Futsal – 16, Neftçi  - 15, Yasamal – 6, Xəmsə - 2.

Bombardir: Renat Sultanov (“Marafon Futsal”) – 20 qol.