Bizim futbol

Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi

Futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyununun vaxtı dəqiqləşib. 

Dsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sözügedən matç martın 27-də keçiriləcək. “Mardan” stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) start götürəcək.