Bizim futbol

“Neftçi” “Xəzər Lənkəran”ı 6 cavabsız qolla məğlub etdi

“Neftçi”nin U-17 komandası növbəti qələbəsini qazanıb.

Dsport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən komanda U-17 Liqasının 21-ci turunda "Xəzər Lənkəran”ın qapısından 6 cavabsız top keçirib. Qolları Sadiq Ağazadə, Vüsal Məmmədov, Turan Əhmədov, Ayxan Fərəcov və Yaqub Hüseynov vurublar. Bir dəfə isə avtoqol qeydə alınıb. 

“Neftçi”nin U-17 komandası bu qələbədən sonra 39 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.