Bizim futbol

Bədavi Hüseynovdan xəbər var: “Hələ fərdi məşq edirəm”

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Dsport.az saytına müsahibə verib:

- Hazırda vəziyyətin necədi?
- Hər şey normaldı. Yavaş-yavaş hazırlaşıram. Çalışıram ki, daha yaxşı olum.

- Məşq edirsən, yoxsa hələ həkimlər icazə vermir?
- Hələ ki, fərdi olaraq məşq edirəm. 

- Bakıya qayıtmısan?
- Xeyr, Almaniyadayam. Yavaş-yavaş fərdi məşq edirəm. Ancaq həkim nəzarətindəyəm.

- Hansısa klubda məşq edirsən?
- Yox, klubda deyiləm, fərdi olaraq məşq edirəm.

- Nə zaman qayıdacaqsan Bakıya?
- Həkimlər bu barədə konkret nəsə demir. Ancaq təxmini olaraq üç həftədən sonra qayıdacam. Komandanın məşqlərinə qatılacam.

- Dərhal kollektivlə məşq edəcəksən?
- Xeyr. Orada da fərdi məşq edəcəm. Çünki ayağımı tam düzəltməliyəm. Daha sonra kollektivə qoşulacam.

- "Qarabağ"n çıxışını necə dəyərləndirirsən?
- Komandanı izləyirəm. Fikrimcə, komandamız çox yaxşı çıxış edir. Toplanışdan yeni gəlib komanda, bundan sonra daha yaxşı olacaq.