Bizim futbol

“Qarabağ”a 1600 manatlıq cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının 15-ci turunun “Qarabağ” – “Qəbələ” matçının 72-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Əvəzedici heyətlərin 15-ci turunun “Keşlə” – “Səbail” matçında “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Əvəzedici heyətlərin 15-ci turunun “Zirə” – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.