Bizim futbol

“Kəpəz” ev oyununa da Bakıda hazırlaşır

Topaz Premyer Liqasının 16-cı turunda Gəncədə “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu gündən qarşıdakı matçın hazırlığına başlayıb.

Dsport.az xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Sarı-göylər”in məşqləri hər gün saat 11:00-da olacaq. “Kəpəz” fevralın 16-na qədər bu məkanda hazırlıq keçəcək.