Bizim futbol

“Kəpəz”in Dario, “Zirə”nin Dedov problemi həllini tapdı

“Kəpəz” və “Zirə” klublarının yeni transfer etdikləri futbolçuların lisenziya problemi yoluna qoyulub.

Dsport.az xəbər verir ki, Gəncə klubu Dario Federikonu, paytaxt təmsilçisi isə Aleksandr Dedovu sifariş ərizəsinə daxil etməkdə problemlə üzləşmişdi. Lakin bu gün onlarla problem aradan qaldırılıb. Bu barədə Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilir.

Məlumatda o da qeyd olunur ki, Federiko “Kəpəz”də 91, Dedov isə “Zirə”də 9 nömrəli forma altında çıxış edəcək.