Bizim futbol

Millimizin AÇ-dəki oyunlarının təqvimi açıqlandı

17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit mərhələsinin təqvimi açıqlanıb.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının keçirəcəyi matçların da vaxtı və yeri dəqiqləşib. 

Qeyd edək ki, milimiz Almaniya, İrlandiya və İslandiya ilə bir qrupda mübarizə aparacaq.

Komanda ilk oyununu martın 22-də Almaniyaya qarşı keçirəcək. Növbəti oyunlarımız isə İrlandiya və İslandiyaya qarşı olacaq.

Avropa çempionatı
Elit-raund
7-ci qrup
 
22 mart

15:00. Almaniya – Azərbaycan
Neubrandenburq

25 mart

13:00. İrlandiya – Azərbaycan
Qreyfsvald

28 mart

14:00. Azərbaycan – İslandiya
Neubrandenburq