Bizim futbol

Divizion klubu Raulu transfer etdi

Birinci Divizion təmsilçisi “Sabah” növbəti transferini reallaşdırıb.

Dsport.az xəbər verir ki, paytaxt klubu müqavilə ilə "Səbail"ə məxsus olan Raul Yaqubzadəni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, mövsümün sonuna kimi icarə əsasında Divizion komandasında çıxış edəcək.

"Bakı" klubunun yetirməsi sayılan 24 yaşlı hücumçu daha öncə "Mil-Muğan" və "Qaradağ Lökbatan" klublarında da forma geyinib.