Bizim futbol

Rəşad Sadıqovun rəsmi debüt tarixi bəlli oldu

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo ilə keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib.

Dsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 22-də Mitrovitsa şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşma Adem Yaşari Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, bu, millimizin yeni baş məşqçisi Rəşad Sadıqov üçün rəsmi debüt matçı olacaq.

Keçirdiyi əvvəlki 5 oyunda cəmi 1 xal toplayan U-21 millimiz hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.