Bizim futbol

“Qarabağ” - “Qəbələ” matçını nə qədər azarkeş izləyib?

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

Dsport.az xəbər verir ki, dünən yeni ilin ilk - 15-ci turun oyunlarına yekun vurulub. Artıq bu turun oyunlarını stadiondan izləmiş azarkeş sayı da bəlli olub.

Ən çox azarkeş “Neftçi” - “Kəpəz” oyununda (1:0) qeydə alınıb. 8-ci km stadionunda keçirilmiş qarşılaşmanı 2000 tamaşaçı trubunalardan izləyib.

Turun antirekordu isə Zirədə reallaşıb. Cəmi 500 tamaşaçı “Zirə” və “Sumqayıt”ın qollu heç-heçəsinin (1:1) canlı şahidi olub.

Maraqlıdı ki, həftənin mərkəzi görüşü olan “Qarabağ” - “Qəbələ” oyunu (0:0) gözləniləndən daha az azarkeşin diqqətini cəlb edib. “Azərsun Arena”da keçirilən oyunu cəmi 1500 tamaşaçı tribunalardan izləyib.

“İnter Arena”da baş tutmuş “Keşlə” - “Səbail” matçında (1:1) da bu qədər (1500) azarkeş qeydə alınıb.

Ümumilikdə, yeni ilin ilk turunu cəmi 5500 azarkeş canlı izləyib ki, bu da, hər oyuna orta hesabla 1375 tamaşaçı deməkdi.