Bizim futbol

Baş məşqçilərdən 6 qolluq heç-heçəyə şərh

Bakıda futzal üzrə Azərbaycan və İran komandaları arasında keçirilən yoldaşlıq oyunundan sonra hər iki yığmanın baş məşqçisi fikirlərini səsləndirdirib.

Dsport.az xəbər verir ki, onlar 3:3 hesabıyla başa çatan oyundan sonra bunları söyləyiblər:

Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Deməzdim ki, nəticə bizim üçün vacib deyildi. Həm yaxşı nəticə, həm də oyun təcrübəsi qazanmaq istəyirdik. Çünki komanda üzvlərinin əksəriyyəti bir aya yaxındı heç bir rəsmi oyunda iştirak etmirdilər. Ona görə də, komandada olan futzalçıların hamısına şans verdim ki, bundan maksimum istifadə etsinlər. Əsas odu ki, oyun intizamından qopmadıq, bir neçə “ev tapşırığı”nı sınadıq. Komandamın oyunu məni qane etdi. Verdiyim tapşırıqları yerinə yetirə bildirlər. Rəqibimiz kifayət qədər güclü komandadı. Üstəlik, İranla Fransa yığmasının oyun planında oxşar cəhətləri çoxdu. İran millisinin heyətində fərdi qabiliyyətinə görə seçilən oyunçuları var”.

Mohammad Nazemalşarieh (İran millisinin baş məşqçisi): “Maraqlı və çətin oyun keçdi. Hər iki komanda taktiki planda ağıllı oynadı, yaxşı hücumlar qurdu. Bildiyiniz kimi, biz də Asiya çempionatının oyunlarına hazırlaşırıq. Çalışdıq səhvlərimizi aşkara çıxaraq, axsadığımız cəhətlərimizi təsbit edək. Müəyyən səhvlər oldu. İkinci oyunda daha yaxşı oynayacağımıza ümid edirəm”.