Bizim futbol

Millətlər Liqasının püşkatma mərasimi CBC Sport-da

Sabah İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkü atılacaq. Dsport.az xəbər verir ki, saat 15:00-da başlayacaq püşkatma mərasimindən sonra D divizionunda mübarizə aparacaq milli komandamızın rəqibləri məlum olacaq.

Püşkatma mərasimi CBC Sport-la canlı yayımlanacaq. Qeyd edək ki, Millətlər Liqasında oyunlar bu il sentyabrın 6-8-də başlayacaq.

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədovla millimizin baş məşqçisi Qurban Qurbanov iştirak edəcək.