Bizim futbol

“Qəbələ”nin prezidenti 15 milyona baza alır

“Qəbələ” rəhbərliyi "Əlincə”nin bazasını almağa hazırlaşır.

Dsport.az xəbər verir ki, klub prezidenti Tale Heydərov 15 milyon manat qiyməti olan stadionu və digər tikililəri, o cümlədən sözügedən klubun rəhbərinə məxsus otellə yaxından maraqlanır. 

Bir müddət öncə mətbuat səhifələrində satıldığı bildirilən idman qurğusunun qiymətiylə bağlı razılaşmaq başlıca hədəfdi. "Qırmızı-qaralar”ın başqanı bu iş üçün artıq 2 nəfər ayırıb və danışıqlar davam etdirilir.

Fanat.Az