Bizim futbol

AFFA rəsmisi UEFA seminarında

Bu gün İsveçrənin Lozanna şəhərində UEFA-nın təşkilatçılığı ilə Avropa futbol qurumunun üzvü olan milli assosiasiyaların mətbuat xidməti rəhbərləri üçün seminar keçiriləcək. 

Dsport.az xəbər verir ki, UEFA Millətlər Liqası turnirinə həsr olunan seminarda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla iştirak edəcək.