Bizim futbol

Erik Ramos Qatonun “Neftçi”yə keçidindən danışdı

“General Diaz” klubunun üzvü Erik Ramos Dsport.az-a açıqlama verib. 

“Neftçi”nin keçmiş yarımmüdafiəçisi “ağ-qaralar”ın yeni transferi, paraqvaylı Fransisko Xaviyer Qarsiya haqda danışıb: 

“Fransiskonu yaxşı tanıyıram. Bəli, onunla Paraqvayda bir neçə dəfə meydanda qarşı-qarşıya gəlmişik. “Neftçi”yə keçdiyini bilirəm. Ona yeni komandasında uğurlar arzu edirəm. “Neftçi” Azərbaycanın tarixi olan güclü klublarındandı. Bu komandada mən də oynamışam və necə klub olduğunu yaxşı bilirəm. Fransiskonun özü də yaxşı futbolçudu və meydandakı oyunu ilə də bunu göstərə bilir. Ümidvaram ki, Fransisko “Neftçi”yə uğurlar qazandıra biləcək”.