Bizim futbol

“Səbail” Ukrayna klubu heç-heçəyə razılaşdı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində ilk yoxlama matçına çıxıb.

Dsport.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı komanda Ukraynanın “Çernomorets” klubu ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz başa çatıb.
 
Yoxlama oyunu
23 yanvar

“Səbail” – “Çernomorets” 0:0