Bizim futbol

Millimiz İrana qarşı - YENİLƏNİR

AÇ-2018-ə hazırlığı davam etdirən futzal üzrə Azərbaycan yığması bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.

Dsport.az xəbər verir ki, Joze Alesionun yetirmələri İran yığmasını sınağa çəkəcək. Matç Bakı İdman Sarayında, saat 21:00-da başlayacaq.

Millimiz cənub qonşularımızla iki dəfə qarşılaşacaq. Növbəti görüş sabah keçiriləcək.

Yoxlama oyunu
23 yanvar

21:00 Azərbaycan - İran
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov.
Bakı İdman Sarayı.