Bizim futbol

Bilyaletdinov: “Neftçi” barədə danışmaq mənim üçün çətindi”

Yoxlama oyununda “Neftçi”ni darmadağın edən (1:8) Rusiyanın “SKA-Xabarovsk” klubunun baş məşqçisi Rinat Bilyaletdinov oyunla bağlı fikirlərini bildirib.

Dsport.az xəbər verir ki, 60 yaşlı mütəxəssis klub saytına açıqlamasında bu cür hesablı qələbədən sonra nədənsə narazılıq etməyin düzgün olmadığını deyib:

“Bu cür hesablı qələbədən sonra nədənsə narazılıq etmək məncə, düzgün olmazdı. O ki qaldı oyuna, nəticənin bu cür böyük olmasına səbəb olan xüsusiyyətlərimizi daha da inkişaf etdirmək lazımdı. Bu gün standart vəziyyətlərdən yaxşı istifadə etdik. Düzdü, hər dəfə bu cür alınacağına təminat vermək çətindi, lakin futbolçular bunu bacardıqlarını sübut etdilər. Güclü yağışa rəğmən, meydança yaxşı vəziyyətdə qaldı, sürətli futbol oynamağa imkan verdi. Buraxdığımız qol analiz üçün imkan verir”.

Bilyaletdinov “Neftçi”nin oyunu barədə danışmaqda çətinlik çəkdiyini deyib:

“Oyuna sürətli başladıq ki, rəqib bunu gözləmirdi. “Tirana” ilə oyunda ilk qolu qapıçı bizə hədiyyə etmişdisə, bu dəfə hər şeyi özümüz etdik. Rəqib barədə danışmaq mənim üçün çətindi. Ola bilsin, məşqlərdə çox yükləniblər, ancaq bu gün biz çox sürətli idik”.