Bizim futbol

“Qarabağ”a yağış da mane ola bilmədi

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.

Dsport.az xəbər verir ki, Ağdam klubu geridə qalan günü iki məşqlə tamamlayıb. Günün ilk məşqi saat 11:00-da start götürüb. Futbolçular fiziki tapşırıqları yerinə yetirib. 

Günün ikinci məşqi yerli vaxtla saat 17:30-da start götürüb. Səhər məşqindən fərqli olaraq, futbolçular bu hazırlıqda toplu çalışmalara üstünlük verib. Güclü yağışın yağmasına baxmayaraq, məşq 90 dəqiqə davam edib.