Bizim futbol

“Sumqayıt” Antalyadadı - VİDEO

Hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yola düşmüş "Sumqayıt" artıq Antalyadadı. 

Dsport.az xəbər verir ki, yerli saatla 18:30-da Antalya Beynəlxalq Hava Limanına çatan komanda ardınca Side bölgəsində yerləşən "The Sense De Luxe" Hotelinə yollanıb. 

Qeyd edək ki, baş məşqçi Samir Abasovun planına əsasən "Sumqayıt" Antalyadakı hazırlığa yanvarın 22-dən etibarən start verəcək və komanda ilk günü 2 məşq əsasında başa vuracaq.