Bizim futbol

Millimizin oyununda sükut və qara sarğı - FOTO

Türkiyədə təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün Albaniya ilə yoxlama oyunu keçirir.

Dsport.az xəbər verir ki, oyundan əvvəl 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Rəşad Sadıqovun çalışdırdığı komandamız oyuna qara sarğı ilə çıxıb.