Bizim futbol

Nəbiyev qol vurdu, “Slaviya” qalib gəldi

U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi Çexiyanın "Slaviya" klubunun 21 yaşlılardan ibarət komandası çempionatda yaranan fasilə ərəfəsində növbəti yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, doğma şəhərdə təlim-məşq toplanışında olan Praqa təmsilçisi "Stexoviçe" ilə qarşılaşıb. Oyun "Slaviya"nın böyük hesablı qələbəsi ilə başa çatıb. Praqalılar rəqib üzərində 5:2 hesablı qələbəyə seviniblər. 

Nəbiyev "Slaviya"nın üçüncü qoluna imza atıb. Start heyətdə meydana çıxan futbolçumuz 58-ci dəqiqədə əvəzlənib.

"Slaviya"nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz - Amin Seydiyev və Rövlan Muradov da matçın iştirakçısı olublar. Hər iki futbolçu 90 dəqiqə meydanda olub. Rövlan qol otürməsi ilə yadda qalıb.