Bizim futbol

“Sumqayıt” Türkiyəyə yollandı

Dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuran "Sumqayıt" təlim-məşq toplanışının növbəti mərhələsini Antalya şəhərində keçirmək üçün Türkiyəyə yola düşÜb. 

Dsport.az xəbər verir ki, komanda saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanıb. “Zirə” kimi, "The Sense De Luxe" otelində məşkunlaşacaq olan “Sumqayıt” qonşu ölkədə olduğu müddətdə 4 yoxlama oyunu keçirəcək. 

Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın "Poqon", 28-də Makedoniyanın "Akademiya Pandev", 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.