Bizim futbol

“Zirə” də Türkiyəyə getdi

Qış fasiləsində hazırlığın ilk mərhələsini başa vuran "Zirə" təlim-məşq toplanışının növbəti mərhələsini Antalya şəhərində keçirmək üçün bu gün Türkiyəyə yola düşüb. 

Dsport.az xəbər verir ki, Ayxan Abbasovun komandası saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya üz tutub.

Sidenin "The Sense De Luxe" otelində məşkunlaşacaq "Zirə" fevralın 4-də Vətənə qayıdacaq.