Bizim futbol

Millimiz Albaniyaya məğlub oldu

Antalyada təlim-məşq toplanışını davam etdirən Azərbaycanın U-21 millisi bu gün növbəti yoxlama oyununu keçirib. 

Dsport.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Albaniyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. 

Oyunun taleyini bir qol həll edib. Albanlar 60-cı dəqiqədə vurduqları qolla yığmamızı məğlub ediblər.

Xatırladaq ki, bu, U-21 millimizin Antalyada ikinci sınağı olacaq. Gənclərimiz Türkiyədəki ilk yoxlama oyununda “Alanyaspor”dan olan həmyaşıdlarını 3:1 hesabıyla məğlub etmişdi.

Yoxlama oyunu
21 yanvar

Azərbaycan - Albaniya 0:1

Azərbaycan: 12. Abdulla Seyidəhmədov, 20. Ömər Buludov (3. Anton Krivotsyuk), 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 2. Sərtan Taşkın, 6. Qismət Alıyev (8. İlkin Muradov), 28. Hacıağa Hacılı (18. Ülvü İsgəndərov), 24. İsmayıl İbrahimli (21. Xəyal Nəcəfov), 9. Fəhmin Muradbəyli (10. Elnur Cəfərov), 27. Mahir Mədətov, 26. Ramil Şeydayev (7. Ehtiram Şahverdiyev).

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 13. Murad Qayalı, 14. Nicat Süleymanov, 25. Murad Xaçayev, 16. İlyas Səfərzadə.