Bizim futbol

Ndlovudan Azərbaycan xalqına və “Qarabağ”a minnətdarlıq

“Qarabağ"dan ayrılan futbolçu Dino Ndlovu Çinin "Jejianq Qrintaun" klubuna keçidi ilə əlaqədar açıqlama verib.

Dsport.az xəbər verir ki, Cənubi Afrika Respublikasından olan hücumçu şəxsi "Twitter" hesabı vasitəsilə keçmiş klubuna və Azərbaycan xalqına minnətdarlığını bildirib.

"Nəyə qadir olduğumu göstərmək üçün mənə şərait yaratdığı üçün "Qarabağ"a, qonaqpərvərlik və hörmətə görə Azərbaycan xalqına minnətdaram. Siz həmişə qəlbimdə qalacaqsınız" deyən Ndlovu yeni kluba transferini Allahın işi adlandırıb. O, həyatında yeni səhifənin açıldığını, artıq bütün diqqətini və enerjisini "Qrintaun"a yönəldəcəyini vurğulayıb.

Qeyd edək ki, Dino Ndlovu 2 illik müqaviləyə imza atıb. Bu keçid üçün Azərbaycan klubuna 750 min avro (təqribən, 1,5 milyon manat) ödəniləcək.