Bizim futbol

“Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi səkkiz il ötür. 

Dsport.az xəbər verir ki, “Neftçi”nin əvəzediciləri Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər. Komanda üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək, məzarlar önünə gül qoyublar.