Bizim futbol

“Qarabağ”ın oyunundan öncə şəhidlərimiz yad edildi

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirir.

Dsport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Polşanın “Lexiya” klubuyla qarşılaşır. Oyundan öncə 20 yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

Xatırladaq ki, bu, “Qarabağ”ın Türkiyədə keçirdiyi 2-ci yoxlama oyunudu. “Köhlən atlar” ilk oyunda Rusiya “Kuban”ı ilə heç-heçə etmişdi - 2:2.