Bizim futbol

AFFA millimizə daha bir rəqib tapdı

Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandası daha bir yoxlama oyunu keçirə bilər.

Dsport.az xəbər verir ki, artıq millimizin fevralın 2-də Kosovo yığması ilə yoldaşlıq oyunu keçirməsi barədə AFFA və Kosovo Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub. Məlumatı AFFA-nın rəsmi saytı yayıb. Hazırda danışıqlar davam etdirilir.

Qeyd edək ki, yığmamızın öncədən həmin gün Gürcüstanla yoxlama oyunu keçirilməsi planlaşdırılırdı. Lakin gürcülər həmin oyundan imtina etmişdilər.

Qurban Qurbanovun çalışdırdığı yığmamız Antalyada ilk oyununu Moldovaya qarşı keçirəcək.