Bizim futbol

Türkiyə klubundan təklif aldı, “Kəpəz”i seçdi

“Kəpəz”in müqavilə imzalamağa hazırlaşdığı ukraynalı qapıçı Sergey Litovçenko daha iki klubdan təklif alıbmış.

Dsport.az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı xəbər yayıb. Məlumata görə, Tiflis “Dinamo”sundan ayrıldıqdan sonra 30 yaşlı qolkiper Ukrayna və Türkiyə klublarının maraq dairəsinə düşüb. Xüsusi ilə qardaş ölkə təmsilçisi təcrübəli qapıçı ilə daha ciddi maraqlanıb, hətta ona təklif də göndərib. Ancaq Litovçenko türk klubunu yox, "Kəpəz"i seçib.

Qeyd edək ki, Ukrayna “Arsenal”ının yetirməsi olan qolkiperin yaxın günlərdə Gəncə klubu ilə müqavilə imzalaması gözlənilir.