Bizim futbol

Ansi Aqolli “Qarabağ”dan ayrı düşdü

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.

Dsport.az xəbər verir ki, Ağdam təmsilçisi hazırlığın beşinci gününü iki məşqlə tamamlayıb. Günün ilk məşqi saat 11:00-da start götürüb və fitnes zalında baş tutub.
Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki və toplu çalışmalarla davam edib. 

Müdafiəçi Ansi Aqolli isə çalışmalarını fizioterapevt nəzarəti altında davam etdirib.