Bizim futbol

Qazaxlar “Qəbələ” ilə oyundan imtina etdilər

“Qəbələ” 2017/18 mövsümünün hazırlığını Türkiyədə davam etdirir. 

Dsport.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub. Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.

“Qəbələ”nin hazırlıq planında dəyişiklik edilib. Komanda sabah – yanvarın 14-də ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın “Atırau” klubu ilə görüş baş tutmayacaq. Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. “Qırmızı-qaralar” toplanışın 10-cu günündə hazırlığını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.