Bizim futbol

Millimizin sabiq üzvləri “Kəpəz”də

Transfer çalışmalarını davam etdirən “Kəpəz” düşərgəsinə yeni oyunçular dəvət edib.

Dsport.az xəbər verir ki, Yunis Hüseynov hazırda iki oyunçunu sınaqdan keçirir. Onlardan biri U-17, U-19 yığmamızın və “Neftçi”nin keçmiş üzvü Elxan Cəbrayılovdu. Sonuncu dəfə “Qaradağ Lökbatan”ın formasını geyinmiş Cəbrayılov ampluaca müdafiəçidi. Hüseynovun komandaya dəvət etdiyi digər oyunçu isə Saşa Yunisoğludu. 

Millimizin keçmiş üzvü də Yunis Hüseynovun etimadını qazanmağa çalışır.