Bizim futbol

Azər Əliyev AFFA-dan vaxt istədi - Millimizdə oynamaq istəyir

Rusiyanın “Krılya Sovetov” klubunun formasını geyinən Azər Əliyevin millimizə cəlb olunması gölənilir. 

Dsport.az-a daxil olan məlumata görə, Samara təmsilçisinin oyunçusu ilə artıq danışıqlar yenidən başlanılıb. Əvvəllər AFFA-nın dəvətini geri çevirən Əliyevin Qurban Qurbanovun baş məşqçi postuna gəlişindən sonra fikrini dəyişə bilər. Onun vaxt, eyni zamanda yığmamızda oynamaq istədiyi bildirilir.